7 noyabr 2012 13:08

Azərbaycan üçün son üç ilin ən pis göstəricisi

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 12 pillə geriləyib.
 
Ötən ay 111-ci pillədə qərarlaşan Azərbaycan yığması FİFA-nın siyahısında xeyli geriləyərək 112-cü pilləyə enib. Hazırda millimizin aktivində 277 xal var. Halbuki, ötən ay xal sayımız 307 idi. Qeyd edək ki, bu, son üç ildə yığmamızın FİFA reytinqindəki ən pis göstəricisidi.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda ötən ayla müqayisədə 2 pillə geriləyib (144-cü yer; 179 xal). Şimali İrlandiya 17 pillə irəliləyib. Bir neçə gün sonra yığmamızı qəbul edəcək bu komanda hazırda 356 xalla 100-cüdü. Portuqaliya bir pillə geriləyib və indi 1178 xalla 4-cüdü. Rusiya 3 pillə irəli düşüb və 1084 xalla 9-cudu. İsrail də irəliləyib. Bu ölkənin millisi isə 452 xalla 78-ci yerdə gedir.
 
İlk onluğa gəlincə, İspaniya 1564 xalla zirvədəki yerini qoruyub. Almaniya da yerində sayıb və hazırda 1421 xalla ikinci yerdədi. Argentina 1349 xalla üçüncü pilləyə qalxıb. Portuqaliya isə 1 pillə geriləyib və hazırda 1178 xalla dördüncüdü. İtaliya (1169) 3 pillə irəliləyib və indi beşincidi. İngiltərə geriləyib (1167 xalla altıncı). Hollandiya da eyni aqibəti yaşayıb və 1128 xalla yeddincidi. Kolumbiya 1110 xalla səkkizinci sıraya qalxıb. Rusiya doqquzuncu (1084 xal), Xorvatiya (1078) onuncudu.
 
Növbəti reytinq siyahısı dekabrın 19-da açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.