7 noyabr 2012 13:36
Orxan Əliyev Portoda ilk məşqə çıxdı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın futbolçusu Orxan Əliyev Portuqaliyanın “Porto” klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, artıq o, sözügedən komandada ilk məşqinə də çıxıb.
Bu barədə məlumatı futbolçunun agenti Vaqif Heydərli verib. Saytımıza açıqlamasında o, bunları söyləyib:
“Burda seçimlər çox diqqətlə həyata keçirilir. Orxan Portuqaliyada 10 gün qalacaq. Bizi hələ “Porto” rəsmiləri ilə də görüş gözləyir. Yalnız bundan sonra hər şeyə aydınlıq gələcək”.
