7 noyabr 2012 14:04
Birinci divizionun qalibləri sabah mükafatlandırılacaq
Futbol üzrə Azərbaycan birinci divizionunun qaliblərinin müküfatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, mərasim sabah - noyabrın 8-də baş tutacaq. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama saatı 17:00-dı.
Mükafatlandırma mərasiminə bütün KİV nümayəndələri dəvətlidi.
