7 noyabr 2012 14:12
Azərbaycanlı atlet Berti Foqtsu narazı saldı (FOTO)
Məlum olduğu kimi, dünən futbol üzrə Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi baş tutdu. Azerisport.az xbər verir ki, hazırlığın startı zamanı bir maraqlı hadisə baş verdi.
Belə ki, yığmanın məşqinin başlamasına az vaxt qalmasına baxmayaraq, eyni arenada məşq edən yüngül atletlərdən biri qaçışını davam etdirirdi. Ondan yığmanın məşqinə görə hazırlığını erkən bitirmək xahiş olunsa da, atlet bununla razılaşmadı. O, daha 10 dəqiqə qaçmalı olduğunu bildirdi və yığmamızın rəsmilərinin sözlərinə əhəmiyyət vermədi.
Nəticədə yığmamızın məşqinin ilk dəqiqələri belə keçdi. Baş məşqçi Berti Foqts isə yüngül atletin arenanı tərk etməməsindən kəskin narazı görünürdü.
