7 noyabr 2012 15:05

Xəzər Lənkəran 50-yə çatdı

Topaz Premyer Liqasının XII turunda “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” mövsümdə 2-ci dəfə böyük hesablı qələbə qazandı. Azerisport.az xəbər verir ki, II turun “Kəpəz”lə avqustun 10-dakı qarşılaşmada da qonaqları 4 cavabsız qolla keçən komanda 86 gündən sonra eyni uğuru təkrarladı.
 
Bu dəfəki darmadağın komanda tarixində yubiley - 50-ci belə qələbədir. “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 38 böyük hesablı qələbə var. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2.
 
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb. Əvəzində bu yarışda da 11 darmadağın qeydə alınıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1.
 
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda - Litva çempionu “Kaunas”la matçda qeydə alınıb – 3:0.
 
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində ilk dəfə “Rəvan” üzərində belə qalibiyyət əldə etdi. Darmadağın edilən 27-ci rəqiblə əvvəlki 3 matç heç-heçə başa çatmışdı: “Gənclərbirliyi” – 6, “Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” – hərəsi 3, AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” , “Kəpəz” – hərəsi 2, ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva), “Rəvan” – hərəsi 1.
 
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın “sükanı arxasında” darmadağına sevinən 9-cu çalışdırıcı oldu: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Nzim Süleymanov – 2 (0+2), Viktor Pasulko, Emin Quliyev – hər ikisi 1 (1+0).
 
Ümumilikdə isə tarixində 50 böyük hesablı qələbəsi olan komanda 27 dəfə elə 3 top fərqi ilə qalib gəlib. 23 dəfə isə fərq 4 və ya daha çox olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.