7 noyabr 2012 16:07
Rəşad Sadıqov: Messi, Ronaldo, Kasilyas...
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov hələ də dünyanın ən yaxşı futbolçusunun kimliyinə dair seçimini qətiləşdirməyib. Azerisport.az xəbər verir ki, FİFA-nın apardığı sorğuda iştirak edən “Qarabağ”ın lideri beş namizəd arasında seçim aparır:
“Mən hələ öz siyahımı göndərməmişəm. Düzünü deyim ki, namizədlərimi müəyyənləşdirə bilmirəm. Messi, Ronaldo, Kasilyas, Xavi və İnyesta əsas favoritlərimdi. İndi onların ikisini siyahıdan çıxarmağım, qalanlarının isə sırasını müəyyənləşdirməyim lazımdı. Hələ fikirləşirəm”.