7 noyabr 2012 16:14

Aslan Kərimov: Neftçidən Rubinlə oyunda uğur gözləmək olar

Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
 
“Bu matçda “Neftçi”dən daha yaxşı oyun gözləyirəm. Deməzdim ki, komandamız Kazanda pis oynamışdı. Sadəcə, hücumda bir qədər dişsiz görünürdülər. Amma Bakıdakı görüşdə daha yaxşı oyun gözləyə bilərk. Çünki Bakıda azarkeş dəstəyi də komandamızın yanında olacaq. Fikrimcə, ən azı heç-heçəyə ümid etmək olar”.
 
“Neftçi” Premyer Liqadakı son üç oyunundan ikisində məğlub olub. Amma Kərimov “Rubin”lə matçın fərqli olduğunu düşünür: “İstənilən halda Avropa Liqasının oyunları ilə Premyer Liqanın görüşləri bir-birindən fərqlənir. Bu turnirlərə yanaşma da fərqlidi. Avroliqa oyunlarında futbolçulara əlavə motivasiya da lazım deyil. Əgər bakılılar diqqətli, kompakt oyuna üstünlük versələr, yaxşı nəticə qazana bilərlər. Əlbəttə, səhvlər həmişə olur. Amma ümid edirəm ki, bu oyunda komandamız daha az səhv edən tərəf olacaq. Bilirik ki, “Neftçi” müdafiədən oynamır. Uşaqlar hücum etsələr, uğur gözləmək olar”.
 
U-16-nın baş məşqçisi “Neftçi”nin aparıcı futbolçularından Bahodir Nasimovla Cavid İmamverdiyevin yoxluğuna da toxunub: “Cavidin yoxluğu böyük itkidi. Bu, təəssüf doğurur. Eyni zamanda Bahodirin indi hücum xəttində yer alması heç də pis olmazdı. Təbii ki, bunu onun yaxşı formada olduğu dövrə əsasən deyirəm. Nikolas Kanales də pis hücumçu deyil. Amma Nasimovun da “Neftçi”də öz yeri var”.
 
Kərimov 16 yaşlılardan ibarət yığmamızın sükanı arxasına keçməsindən də danışıb: “Mən öncədən U-15-ə rəhbərlik edirdim. Amma uşaqların yaxşı artdı, digər yığmalara keçdilər. Prinsipcə, indi də elə həmin uşaqları çalışdırmalı olacağam. Lakin bu, heyətdə heç bir dəyişiklik olmayacağı anlamına gəlmir. Gələnlər də olacaq, gedənlər də. Qapımız hamının üzünə açıqdı. Həm də bizə indi daha çox futbolçu lazımdı ki, seleksiya zamanı ən yaxşıları seçməkdə çətinlik çəkməyək”.
 
Yığmamızın sabiq kapitanı Orxan Əliyevin “Porto”ya baxışa yollanmasından da danışıb: “Əliyev bu kluba keçsə, buna çox sevinərəm. Avropa klublarında azərbaycanlı futbolçular o qədər də yaxşı qəbul olunmur. Fikrimcə, getdikcə bizim futbolçulara marağın artması müsbət məqamdı. Hətta Orxanın “Porto”da baxışdan keçməsi də bizim futbolun reklamıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.