7 noyabr 2012 16:23
Rubin artıq Bakıdadı
Rusiyanın “Rubin” klubunun futbolçu və məşqçi heyəti artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olacaq Kazan təmsilçisi bu gün ölkəmizə təşrif buyurub.
Rusiya klubu bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə də çıxacaq. Eyni zamanda “Rubin”in baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Neftçi” - “Rubin” matçı sabah mərkəzi arenada keçiriləcək və saat 21:00-da başlayacaq.
