7 noyabr 2012 16:52
“Rubinlə oyunda biz Neftçidən uğurlu nəticə gözləyə bilərik”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov ölkə çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İstənilən komanda evdə daha yaxşı oynamağa çalışır. Fikrimcə, “Neftçi” üçün də istisna olmayacaq. Böyükağa Hacıyev həmişə hücum futboluna üstünlük verir. Əlbəttə, “Rubin” sıradan komanda deyil. Amma biz “Neftçi”dən uğurlu nəticə gözləyə bilərik”.
