7 noyabr 2012 17:14
Millinin mətbuat üçün növbəti açıq məşqi olacaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, yığmamızın sabaha daha bir açıq məşqi nəzərdə tutulub.
Belə ki, millimizin sabah saat 10:30-da, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək məşqi mətbuat üçün açıq olacaq.
