7 noyabr 2012 17:22
Yığmamızın Şimali İrlandiya ilə oyununun hakimi dəyişdirildi
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, əvvəlcədən xəbər verildiyi kimi, baş hakim Viktor Şvetsovun birinci köməkçisi Mikola Levko deyil, Aleksandr Kornıyko olacaq.
Baş hakim: Viktor Şvetsov
Baş hakimin köməkçiləri: Aleksandr Kornıyko, Oleq Plujnik
Dördüncü hakim: Anatoli Abdula
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
Komissar: Tomas Grimm (İsveçrə)
