7 noyabr 2012 17:53
Gökdeniz Karadeniz: Rubin Neftçidən güclüdü
Rusiyanın “Rubin” klubunun futbolçusu Gökdeniz Karadeniz UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli futbolçu Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Neftçi” yaxşı komandadı və kollektiv futbol sərgiləyir. Bizə burda çox çətin olacaq. Biz onlardan güclüyük. Amma bu, “Neftçi” ilə görüşün asan keçəcəyi anlamına gəlmir. Qələbə qazanmaq üçün xeyli güc sərf etməliyik. Şadam ki, Azərbaycanda məni sevirlər. Lakin mən peşəkaram və öz azarkeşlərimizi sevindirmək istəyirəm. Elə burdakı futbolsevərlərə də yaxşı futbol sərgiləmək istəyirəm”.
Qeyd edək ki, “Neftçi” ilə “Rubin” arasındakı oyun sabah - noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
