7 noyabr 2012 19:56
İqor Mitreski: Rubinlə oyunda da bir-birimizə kömək etməliyik
“Neftçi”nin futbolçusu İqor Mitreski UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Avropa Liqası elə bir turnirdi ki, burdakı hər bir oyun yeni təcrübədi. Bizim xeyli gənc oyunçularımız var. Onların hər birinə dəstək lazımdı. Hər birimiz vəzifəmizin öhdəsindən maksimum gəlməyə çalışırıq. Bir-birimizə kömək etməyə çalışırıq. Xüsusilə də gənclərə. Sabahkı oyunda da belə olacaq”.
