7 noyabr 2012 20:18
Flavinyo: Kazandakı matçın 2-ci hissəsindəki kimi çıxış edə bilsək, qələbə qazanarıq
“Neftçi”nin futbolçusu Flavinyo UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Birinci oyunda biz o qədər də yaxşı oynamamışdıq. Rəqib pressinq tətbiq edirdi və biz bundan qaça bilmirdik. Eyni zamanda kəskin hava şəraiti də mənfi təsir göstərirdi. İkinci hissədə bir qədər fərqli oynadıq. Hətta heç-heçə də edə bilərdik. Əgər həmin matçın ikinci hissəsindəki oyunu təkrarlaya bilsək, qələbə qazana bilərik”.
