7 noyabr 2012 20:55
Böyükağa Hacıyev: Sabah ilk qələbəmizi qazanacağıq!
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
- Mən “Neftçi” ilə müqavilə bağlayanda orda elə bir maddə yox idi ki, bütün qarşılaşmalarda qələbə qazanmalıyam. Amma komandamı hər oyuna qələbə üçün çıxarıram. Futbolçularım açıq futbola üstünlük verir. Taktikaya gəlincə, bunu da oyuna altı saat qalmış qərar verirəm.
- Komanda hazırda nə vəziyyətdədi? “Qəbələ” ilə oyunda pis təsir bağışalamayan Emin Mehdiyev meydana çıxa biləcək?
- Əgər yaxşı oynayırsa, deməli, forma şansı qazanmalıdı. Futbolda adlar oynamır. O, start heyətdə olacaq. Mən futbolçuların zəhmətini qiymətləndirirəm. Təəssüf ki, Nasimov, İmamverdiyev və Rodriqinyo oynamayacaq. Mənim “Rubin”dəki kimi geniş oyunçu seçimim yoxdu. Əgər Nasimovla İmamverdiyev olsaydı, biz meydana iki hücumçu ilə çıxardıq. Sabah iki insaydla oynayacağıq. Bu oyunda taktikanı köklü şəkildə dəyişəcəm. Amma bütün bunlara sabah aydınlıq gətirəcəm.

- Komandanın liderləri Kazanda özlərini yaxşı tərəfdən göstərə bilməmişdilər...
- Bununla razı deyiləm. Mitreski və Flavinyo ilk oyunda meydandakı ən yaxşılardan idilər.
- “İnter”lə oyunda Kamil Nurəhmədovu oynatmaqla sürprizə imza atdınız. “Rubin”lə matçda da Emin Mehdiyev olacaq?
- Tərlan Quliyev, Emin Mehdiyev, Elvin Yunuszadə, Mirhüseyn Seyidov gənc və perspektivli futbolçulardı. Onlar hələ gəncdilər. Lakin təəssüf ki, gənc futbolçularımız meydanda təcrübəlilərdən az qaçırlar. Komandam əksər hallarda ikinci hissəni daha yaxşı keçirir. Bu da fiziki hazırlığın daha yaxşı olmasından xəbər verir.

- Komandanızın bu oyunda qələbə qazanacağına inanırsız?
- “Rubin” “Barcelona” kimi komandaya qalib gəlib. Amma bu, bizi qorxutmur. Sabah biz ilk qələbəmizi qazanacağıq. İştah yemək zamanı gəlir. Oynayarıq, görərsiz. Proqnoz vermək istəmirəm.

- Bu, Azərbaycan futbolunda tarixi qələbə ola bilər...
- Mən belə başa düşdüm ki, hamınız bizdən qələbə gözləyirsiz. Biz də çalışacağıq ki, buna nail olaq. Əminəm ki, komandamız Azərbaycan xalqını sevindirə biləcək. “Bakı” ilə səkkiz oyunda ardıcıl qələbə qazanıb çempion olmuşdum. “Neftçi”ni Avroliqanın qrup mərhələsinə çıxarmağım da bir tarixi hadisədi. Sabah isə ilk qələbəmizi qazanacağıq. Daha nə istəyirsiz?
- Bu uğurlar sizə də marağı artırıb. Digər klublardan sizə təklif var?
- Mən “Neftçi”nin məşqçisiyəm və məşqçisi olaraq qalacağam. Digər klublardan da maraq var. Sabah da komandamın oyununu izləməyə iki menecer gələcək. “Neftçi”də işləməyimlə fəxr edirəm. Sabah taleyim necə olacaq, bilmirəm. Mümkündü ki, elə Rusiyaya getdim. Bir neçə il xaricdə də işləmək istəyirəm.