7 noyabr 2012 11:26

Uğur Pamuk: Mənə Türkiyə millisindən dəvət gəlsəydi, qəbul etməzdim

“Sumqayıt”ın yarımmüdafiəçisi Uğur Pamuk azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan yığmasına çağırılmasından, azarkeşlərin onun barədə düşüncələrindən, eləcə də klubunun Topaz Premyer Liqasındakı çıxışından danışıb.

- Berti Foqts yenə sizi milliyə dəvət etdi. Amma belə bir ənənə var ki, siz yığmaya çağırılsaz da, oynamırsız...
- (gülür) Hə, elədi. Mən yalnız Andorra ilə qarşılaşmada meydana çıxmaq şansı qazanmışdım. O vaxt son 20 dəqiqədə meydanda oldum. Lakin təəssüf ki, qələbə qazana bilmədik – 0:0. Özümə gəlincə, pis oynadığımı düşünmürəm.
 
- Lakin ondan sonrakı oyunlara dəvət olunmadınız...
- Fikrimcə, bu, daha çox diskvalifikasiya olunduğuma görə çempionatın bir sıra oyunlarını buraxmağımdan irəli gəlirdi.
 
- Sizcə, yığmamızın Belfastda uğur qazanmaq şansı var?
- Müsbət nəticə qazana bilərik. Çünki komandamız son dövrlər daha yaxşı oynamağa başlayıb, milli üzvləri arasında anlaşma səviyyəsi də artıb. Portuqaliya və Rusiya ilə oyunlarda sona qədər mübarizə aparmağımız da bundan xəbər verir.
 
- Amma azarkeşlərin əksəriyyəti Azərbaycan yığmasının pis oyun sərgilədiyini bildirir...
- Kənardan hər şey adi görünür. Amma meydanda olanda hər şey fərqli olur.
 
- Belfastda oynamaq şansınıza necə baxırsız?
- Hər şey Foqtsdan asılıdı. Şəxsən mən özümə güvənirəm. Amma təbii ki, baş məşqçinin də məni lazımlı hesab etməsinə ehtiyac var. İndi Əfran İsmayılov zədəli olsa da, Mahir Şükürov var. Hər halda mənə şans verilsə, komandamızın uğuru üçün əlimdən gələni edəcəm.
 
- Siz Azərbaycan dilində çox gözəl danışırsız və yəqin ki, çoxları sizin damarınızdan azərbaycanlı qanı axdığını bilmir...
- Biz evdə həmişə Azərbaycan dilində danışmışıq. Mənim atam İğdırda anadan olub. Amma onun ata tərəfi Gəncədəndi. Bizim indi də orda qohumlarımız yaşayır. Mən Azərbaycana futbol oynamaq üçün gəlmişəm. Əlbəttə, “Sumqayıt”ın maliyyə imkanları “Neftçi” və ya “İnter”inki ilə müqayisə oluna bilməz. Əgər hansısa güclü komanda məni sıralarında görmək istəsə, buna məmnuniyyətlə baxardım. Lakin bu, o demək deyil ki, mən pula görə hər şeyə razılaşardım. Məsələn, hərdən yığmanın heyəti ilə bağlı müzakirələr gedən forumlara nəzər salanda orda “Bu Uğur Pamuk kimdi”, “O, nəyimizə lazımdı” kimi suallarla tez-tez rastlaşıram. Düzdü, mən də hər bir futbolçu kimi, özüm üçün oynayıram. Lakin məni Türkiyə yığmasına çağırsaydılar, buna razılaşmazdım. Çünki mən daha çox Azərbaycan yığmasında çıxış etmək istəyirəm.
 
- “Sumqayıt” son turda “İnter”dən də xal aldı...
- Bir xal qazansaq da, oyun istədiyimiz kimi alınmadı. Meydança da yaxşı vəziyyətdə deyildi. Hər iki komanda üçün çətin idi. Heyətimizdə də bir sıra itkilər var idi. Həm də “İnter” Azərbaycanın ən güclü klublarından biridi. Biz onlara həmişə uduzurduq. Bu dəfə isə nəhayət ki, xal qazana bildik. Ona görə də nəticəni pis saymaq olmaz.

- “Sumqayıt”ın bu mövsüm daha inamlı futbol sərgiləməsinin səbəbi nədi?
- Ceyhun Sultanov, Samir Abasov, Aftandil Hacıyev kimi futbolçular komandamıza çox kömək edirlər. Onların meydanda olması komandamızın üç kapitanının olmasına bərabərdi. Amma gənc futbolçularımız hələ onlardan çox şey öyrənməlidilər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.