7 noyabr 2012 11:42
Azərbaycanın rəqibləri noyabrın 20-də bəlli olacaq
17 və 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında təşkil edilən Avropa çempionatının 2013/2014-cü il mövsümünün püşkü atılacaq. Azerisport.az xəbər verir ki, noyabrın 20-də, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə əvvəlcə U-17-nin rəqibləri bilinəcək.
Püşaktma mərasimi Bakı vaxtı ilə saat 11:30-da keçiriləcək. Məlumat üçün qeyd edək ki, 44 komandanın mübarizə aparacağı çempionatın həlledici oyunu 2014-cü ildə İngiltərədə olacaq.
U-19-un rəqibləri isə həmin gün saat 13:15-də müəyyənləşəcək. 48 komandanın iştirak edəcəyi qitə birinciliyinin həlledici oyunu 2014-cü ilin iyulunda Norveçdə keçiriləcək.
