7 noyabr 2012 11:53
Təxirə salınmış oyunlara hakim təyinatları açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 9 və 10-cu turlardan təxirə salınmış oyunlara hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” və “İnter” – “Simurq” matçları noyabrın 9-da baş tutacaq. Ayın 13-də isə “Bakı” ilə “İnter” paytaxt derbisində üz-üzə gələcəklər.
Birinci divizion
9 noyabr (cümə)
“Neftçi” – “Kəpəz”
Hakimlər: Fərhadov Teymur, Bayramov Vüqar, Qənbərov Vüsal, Zeynalov İlqar
Zirə qəsəbə idman kompleksinin stadionu, 14:00
“İnter” – “Simurq”
Hakimlər: Muradov Elnur, Kərimov Elman, Həmzəzadə Rəvan, Rəsulzadə Fuad
“Şəfa” stadionu, 14:00
13 noyabr (çərşənbə axşamı)
“Bakı” – “İnter”
Hakimlər: Diniyev Ramil, Əliyev İsgəndər, Əsgərzadə Elxan, Müslümov Elxan
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu (köməkçi meydança), 14:00
