7 noyabr 2012 12:44
Neftçinin Rubinlə oyununa 12 min bilet satılıb
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 12 000 bilet satılıb.
Lakin bilet satışı davam edir və matç saatına qədər bu göstəricinin daha da artması gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin “Rubin”lə oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
