8 noyabr 2012 13:28

Arif Əsədov: Neftçinin qrupdan çıxması real görünmür

Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının baş məşqçsi Arif Əsədov azerisport.az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Neftçi” ilə Rusiya “Rubin”i arasında keçiriləcək oyundan danışıb, eləcə də əsas millimizin Şimali İrlandiyaya qarşı keçirəcəyi qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
 
- “Neftçi”nin “Rubin”lə oyunundan nə gözləyirsiz?
- Hamımız “Neftçi”dən uğurlu nəticə gözləyirik. Fikrimcə, komandamızın bunun üçün əla şansı var. Çünki oyun Bakıda keçiriləcək. Deməli, “ağ-qaralar” yaxşı azarkeş dəstəyinə malik olacaqlar.
 
- Kazandakı oyunda “Neftçi” hücumda heç nə ilə yadda qalmadı. Bakıdakı oyunda bu baxımdan fərqli nəsə gözləmək olar?
- İstənilən komanda ev oyununda daha yaxşı oynamağa çalışır. Böyükağa Hacıyev isə həmişə hücum futboluna üstünlük verir. Lakin bir məqamı nəzərə almaq lazımdı ki, “Rubin” Azərbaycan Premyer Liqasında çıxış edən klublardan deyil. Buna görə də təmsilçimizin işi bir qədər çətin olacaq.
 
- “Neftçi”nin son üç oyundan ikisində uduzması komandamızın çıxışına təsir edə bilər?
- “Neftçi” çempionatda o qədər də sabit çıxış edə bilmir. Amma Avropa Liqası tamamilə fərqli turnirdi. Burda heç xüsusi motivasiyaya da ehtiyac qalmır. Ona görə də futbolçuların qələbəyə köklənməsi baxımından problem olacağını düşünmürəm.
 
- “Neftçi” “Rubin”lə yanaşı “Partizan”ı da Bakıda qəbul edəcək. Bunu nəzərə alsaq, komandamızın neçə xal toplamasını proqnozlaşdırmaq olar?
- Fikrimcə, “Neftçi” daha çox xal toplaya bilər. Komandamızın bunun üçün yaxşı şansı da var. Həm də nə qədər artıq xal toplasaq, bir o qədər yaxşıdı. “Partizan”la səfərdə heç-heçə edən komanda niyə onu doğma meydanda məğlub etməməlidi? Düzdü, qrupdan çıxmağı real hesab etmirəm. Baxmayaraq ki, ilk cəhddə qrupdan çıxmaq möhtəşəm nəticə olardı. Lakin məncə komandanı təzyiq altında saxlamaq olmaz. Onlar onsuz da böyük nailiyyətə imza atıblar.
 
- Qarşıda Azərbaycan yığmasını da Şimali İrlandiya ilə səfər oyunu gözləyir. Bu görüş barədə nə deyərdiniz?
- Avropada zəif komanda qalmayıb. Əgər şimali irlandiyalılar Portuqaliya ilə heç-heçə edə bilirsə, niyə bizimkilər də Belfastda sürprizə imza atmamalıdı?

 
- Rəşad Sadıqov, Kamran Ağayev, Əfran İsmayılov kimi futbolçular milliyə kömək edə bilməyəcəklər...
- Bundan əvvəlki Rusiya ilə oyunda da onlarsız oynamışdıq. Sadıqovun mövqeyində Ruslan Abışov kifayət qədər yaxşı təsir bağışlamışdı. Yarımmüdafiə xəttində də rəqabət pis deyil. Mən Berti Foqtsun bu oyuna hansı heyəti çıxaracağını bilmirəm. Amma uşaqlar var qüvvələri ilə çalışsalar, bu oyunda uğur qazana bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.