8 noyabr 2012 13:34
Rəşad Sadıqov Nani, Mata və Robbendən populyar hesab olundu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiya (İFFHS) altı qitənın ən populyar futbolçularının siyahısı açıqlayıb. Azerisport.az xəbər verir ki, Avropadan 80 oyunçunun yer aldığı siyahıda Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb.
O, bu siyahıda 43-cü pilləni tutub. Maraqlıdı ki, R.Sadıqov populyarlığa görə Almaniya yığmasının və İspaniya “Real”ının yarımmüdafiəçisi Sami Xedira, İtaliyanın “İnter” klubunun qapıçısı Samir Handonoviç, İngiltərənin “Chelsea” klubunun yarımmüdafiəçisi Xuan Mata, Polşa millisinin və Almaniyanın “Borussia” (Dortmund) klubunun hücumçusu Robert Levandovski, Portuqaliya yığmasının və İngiltərənin “Manchester United” klubunun orta sahə oyunçusu Nani, Hollandiya millisinin və Almaniyanın “Bayern” klubunun futbolçusu Robben və daha neçə-neçə ünlüləri geridə qoyub.
