8 noyabr 2012 13:43
Qarabağ da başladı
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandaya verilmiş 2 günlük izin başa çatıb və “Qarabağ” Suraxanı qəsəbə stadionunda məşqinə çıxıb.
Bu gün üçün “Qarabağ”ın 2 məşqi nəzərdə tutulub. 10:00-da baş tutan ilk çalışmada məlum səbəblərdən 10-a yaxın futbolçu iştirak etməyib.
“Qarabağ”ın 2-ci məşqi eyni məkanda saat 16:00-a nəzərdə tutulub.
