8 noyabr 2012 01:52
Bakının üç futbolçusu əsas komandadan uzaqlaşdırıldı
Xəbər verdiyimiz kimi, "Bakı" futbol klubunda klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə toplantı keçirilib. Azerisport.az xəbər verir ki, obyektiv və subyektiv amillərin komandanın nəticələrinə göstərdiyi təsir, işlərin gedişi ətrafında aparılan müzakirələr nəticəsində əsas komandanın fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib.
İclasda uğursuz çıxışa görə bəzi futbolçuların cəzası da açıqlanıb. Belə ki, geridə qalan oyunlarda baş məşqçi və klub rəhbərliyinin etmadını doğrultmayan futbolçulardan Vangelis Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov əsas komandanın heyətindən kənarlaşdırılaraq, əvəzedici komandanın düşərgəsinə göndəriliblər.
