8 noyabr 2012 13:55
“Xəzər Lənkəranın büdcəsi yəqin ki, bizimkindən 30 dəfə böyükdü”
Estoniyanın “Nomme Kalju” klubunun prezidenti Kuno Tehva komandasının son mövsümdəki çıxışını dəyərləndirərkən bu yay Avropa Liqasında qarşılaşdıqları Azərbaycanın “Xəzər Lənkəran” klubu barədə də danışıb. Azerisport.az həmin məqamlarla sizi də tanış edir.
- Yeni oyunçuların alınması əlavə xərc deməkdi. Bəs “Nomme Kalju”nun son mövsüm üçün büdcəsi nə qədər idi?
- Təxminən 535 000 avro.
- Belə büdcə ilə beynəlxalq arenada boy atmaq çox çətindi...
- Təxminən 535 000 avro.
- Belə büdcə ilə beynəlxalq arenada boy atmaq çox çətindi...
- Meydanda pul özü oynamır. Məsələn, biz Avropa Liqasında “Xəzər Lənkəran”la qarşılaşdıq. Azərbaycan klubunun büdcəsi yəqin ki, bizimkindən 30 dəfə böyükdü. Bu nöqteyi-nəzərdən onlar bizi “yeməli” idilər. Amma hər iki oyun bərabər mübarizə şəraitində keçdi. İlk oyunda qeydə alınan 2:2 hesablı nəticədən sonra isə azərbaycanlılar sadəcə şokda idilər.
- Sizcə, komandanıza həmin oyunlarda nə çatışmadı?
- Yəqin ki, bəxt və uğur. Həm də rəqib bizdən bir qədər təcrübəli idi.
- Yəqin ki, bəxt və uğur. Həm də rəqib bizdən bir qədər təcrübəli idi.
