8 noyabr 2012 02:03
Kəpəz məşqləri bərpa etdi
Noyabrın 3-də evə buraxılan “Kəpəz” üzvləri dünən yenidən bir araya gəliblər. Azerisport.az xəbər verir ki, futbolçu və məşqçi heyəti klubun yerləşdiyi bazaya yığışıb.
Komandanın ilk məşqi saat 15:45-də baş tutub. Hazırlıq prosesi uzun sürməyərək, bir saat çəkib. Məşqçilər korpusu istirahətdən qayıdan oyunçuları çox da yükləməyib. Məşq əsasən bərpaedici xarakter daşıyıb.
