8 noyabr 2012 14:36
Flavinyo: Rubini məğlub edəcəyik
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Son dörd oyunda üç məğlubiyyətə üzülmüsüz. “Neftçi” böhrandadı?
- Biz bu oyunların hamısını son 10 gündə keçirmişik. Belə qısa müddət ərzində bütün oyunları eyni səviyyədə keçirmək mümkünsüzdü. Bizim az oyunçumuz var. Ona görə də gücümüzü bərabər səviyyədə paylaşdıra bilmirik. Demək olar ki, hər oyuna eyni heyətlə çıxırıq. Əvəzedici qüvvə yoxdu. İki ildi ardıcıl çempion oluruq, Avropa Liqasında qrup mərhələsinə çıxmışıq. Belə uğurlar olan yerdə hansı böhrandan danışmaq olar? Axı biz nəticə qazanırıq.

- “Qəbələ”ni məğlub edə bilmədiniz. Bəs “Rubin”ə necə qalib gələcəksiz?
- Bu, düzgün yanaşma deyil.
- Bu, düzgün yanaşma deyil.
- Niyə?
- Bizdən fərqli olaraq “Qəbələ”nin futbolçuları yorğun deyildilər. Unutmayın ki, biz bu qədər yorğun olmadığımız ilk dövrədə onları 3:0 hesabıyla məğlub etmişdik. Bu, çox şeydən xəbər verir. Biz yalnız ona görə uduzuruq ki, komanda çox yorğundu.

- Bəs “Rubin”lə oyun öncəsi vəziyyət necədi?
- Bizim bərpa olunmaq üçün bir neçə günümüz var idi. Ümid edirəm ki, bu oyunda yorğunluq təsir göstərməyəcək.

- Bu görüşdən nə gözləyirsiz?
- Əgər ilk dəqiqələrdən qol buraxmasaq, texniki və güc planında hər şey qaydasında olsa, biz duruş gətirə bilərik. Mən 100 faiz əminəm ki, biz Bakıda daha çox şeyə nail ola bilərik. Kazandakı qarşılaşmada bizdə heç də hər şey alınmadı.

- “İnter” və “Rubin”lə oyunların ilk hissəsində komanda çox ehtiyatlı oynasa da, cəzalandı. Bu dəfə də oxşar hal təkrarlanacaq?
- Təkrarlanmamalıdı. Bizə ilk dəqiqələrdən pressinq etmək lazımdı. Kazandakı qarşılaşmada rəqib məhz güclü pressinq sayəsində bizə hərəkət etməyə imkan vermədi.

- “Neftçi” bu görüşdə ilk qələbəsini qazana biləcək?
- Bəli, biz “Rubin”i məğlub edəcəyik.
- Bəli, biz “Rubin”i məğlub edəcəyik.