8 noyabr 2012 15:03
Yığmamızın Belfastda açıq məşqi və mətbuat konfransı olacaq
Noyabr ayının 12-də, yerli vaxtla saat 18:00-da, Şimalı İrlandiyanın Belfast şəhərindəki “Windsor Parks” stadionunda Azərbaycan milli komandasının mətbuat və azarkeşlər üçün açıq məşqi olacaq. Azerisport.az xəbər verir ki, hazırlığın ilk 15 dəqiqəsi açıq olacaq.
Noyabrın 13-də, saat 12:00-da isə Belfast şəhərindəki “Stormont” mehmanxanasının “Double Confex” zalında mətbuat konfransı keçiriləcək.
