9 noyabr 2012 02:10
İnter Partizanı səfərdə də məğlub etdi (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin evdə Rusiya “Rubin”i qarşılaşacağı gündə H qrupunda daha bir görüş baş tutub.
Belə ki, qrupun əsas favoritlərindən “İnter” səfərdə Serbiya “Partizan”ının qonağı olub. İtaliya təmsilçisi rəqibini səfərdə də məğlub edərək, "Rubin"lə xallarını bərabərləşdirib.
Avropa Liqası
H qrupu
8 noyabr
PARTİZAN – İNTER - 1:3
Qollar: Tomiç, 90 - Palasio, 51; 75, Quarin, 87.
Baş hakim: Duarte Qomes (Portuqaliya)
Belqrad. “Partizan” stadionu.
| 1 | Inter | 4 | 3 | 1 | 0 | 9 | 4 | +5 | 10 |
| 1 | Rubin | 4 | 3 | 1 | 0 | 6 | 2 | +4 | 10 |
| 3 | Neftçi | 4 | 0 | 1 | 3 | 1 | 5 | –4 | 1 |
| 3 | Partizan | 4 | 0 | 1 | 3 | 1 | 6 | –5 | 1 |
