8 noyabr 2012 17:16
“Neftçinin imici naminə Rubinə qarşı daha yaxşı oynamaq lazmdı”
“Turan”ın baş məşqçsi Əfqan Talıbov Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Neftçi” ilə Rusiya “Rubin”i arasında keçiriləcək oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avrokuboklardakı yeganə təmsilçimizə uğurlar arzulayıram. Bakılıların son dövrlərdəki nəticələri o qədər də yaxşı sayıla bilməz. Fikrimcə, komandadaxili iclasdan sonra futbolçular daha yaxşı oynamalıdılar. Komandanın həm yerli, həm də əcnəbi futbolçuları tanınmış rəqiblə qarşılaşmada ən azı heç-heçəyə nail olmaq üçün əllərindən gələni etməlidilər. Klubun imici naminə onlar “Rubin”ə qarşı daha yaxşı oynamalıdılar”.
