8 noyabr 2012 17:34
Vaqif Sadıqov: Neftçi üçün əsas erkən qol buraxmamaqdı
AZAL-ın baş məşqçsi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Neftçi” ilə Rusiya “Rubin”i arasında keçiriləcək oyundan danışıb. “Təyyarəçilər”in çalışdırıcısı öncə bunları dilə gətirib:
“Neftçi”nin potensialı uğur qazanmaq barədə düşünməyə imkan verir. Komandamız rəqibin kimliyindən asılı olmayaraq həmişə öz futbolunu sərgiləyir. Bakılıların öz oyun üslubu var. Fkrimcə, bütün bunlar komandanın yaxşı oyun sərgiləməsinə və uğur qazanmasına ümid etməyimizə əsas verir”.
“Neftçi”nin potensialı uğur qazanmaq barədə düşünməyə imkan verir. Komandamız rəqibin kimliyindən asılı olmayaraq həmişə öz futbolunu sərgiləyir. Bakılıların öz oyun üslubu var. Fkrimcə, bütün bunlar komandanın yaxşı oyun sərgiləməsinə və uğur qazanmasına ümid etməyimizə əsas verir”.
Sadıqov “Neftçi”nin “Rubin”lə ilk oyununu da xatırlayıb: “Həqiqətən də ilk oyunda komandamızın ifasında hər şeyin yaxşı alındığını demək olmaz. Amma ikinci hissədə çox şey dəyişdi. Fikrimcə, həmin oyunda erkən qol sözünü dedi. Bu gün isə “Neftçi” daha çox hücum edəcək. Eyni zamanda müdafiəni də unutmaq olmaz. Diqqətli oynamaq lazımdı. Ən əsası erkən qol buraxmamaqdı. “Rubin” mövqe futboluna üstünlük verdiyindən, bu, “Neftçi”nin işinə yaraya bilər”.
AZAL-ın baş məşqçisi “Neftçi”dəki itkilərdən də danışıb: “Fikrimcə, qrup mərhələsində çıxış edən komandada əvəzedilməz futbolçu olmamalıdı. Məsələn, Cavid İmamverdiyev uzun müddətdi oynamasa da, onun yoxluğunu hiss etdirmirlər. Fikrimcə, meydana kimin çıxmasından asılı olmayaraq, hrə bir futbolçu klubun imici naminə bütün gücünü ortaya qoyacaq”.
Sadıqov ağır qrafikin təsirini də qeyd edib: “Təbii ki, ağır qrafik problem yaradır. Amma fikrimcə belə problemlər komandanı daha da gücləndirir. Onlar gözəl başa düşürlər ki, Avropa Liqasında bütövlükdə Azərbaycanı təmsil edirlər. Bu üzdən də meydanda var gücləri ilə mübarizə aparırlar. Baxmayaraq ki, bu yorğunluq Premyer Liqada daha mənfi təsir göstərir”.
Təcrübəli mütəxəssis proqnoz vermək istəməsə də, komandamızın şansının olduğunu deyir: “Mən ümumiyyətlə proqnoz verməyi sevmirəm. Şəxsən mənə görə “Neftçi” artıq böyük bir tarix yazıb və buna hələ də davam edir. Komandanın böyük potensialı var. Elə ən əsası da budu”.
