8 noyabr 2012 18:25
Neftçinin Rubinlə oyununa 17 min bilet satılıb
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 17 000 bilet satılıb.
Lakin bilet satışı davam edir və matç saatına qədər bu göstəricinin daha da artması gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin “Rubin”lə oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
