8 noyabr 2012 23:25
Berdıyev Neftçi ilə oyundan sonra mətbuat konfransına gəlmədi
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra keçirilən mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşmadan dərhal sonra stadionu tərk edərək, Qazaxıstana yola düşüb.
Buna səbəb onun həyat yoldaşının yubileyinə tələsməsi göstərilir. Məlum olub ki, Berdıyev bunu öncədən UEFA ilə də razılaşdırıbmış. Belə ki, onu Vitali Kafanov əvəzləyib.
