8 noyabr 2012 23:30
Vitali Kafanov: Neftçi ilə görüşdə nəticəyə oynamağa məcbur idik
Rusiyanın “Rubin” klubunun məşqçisi Vitali Kafanov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
- Oyun çox çətin alındı. Ümid edirəm ki, belə ağır oyunda sonra qısa müddətdə bərpa oluna biləcəyik. Çalışdıq ki, nəticəyə oynayaq.
- “Rubin”nin oyunundan razı qaldınız?
- Belə ağır qrafiklə oynamaq çox çətindi. Ona görə də biz nəticəyə oynamağa məcbur idik. Fikrimcə, bu, bizdə alındı. Belə qrafiklə başqa cür futbol oynamaq mümkünsüzdü.
- Belə ağır qrafiklə oynamaq çox çətindi. Ona görə də biz nəticəyə oynamağa məcbur idik. Fikrimcə, bu, bizdə alındı. Belə qrafiklə başqa cür futbol oynamaq mümkünsüzdü.
- “Neftçi” ilə Kazandakı oyun daha çətin keçmişdi, yoxsa bu gün baş tutan qarşılaşma?
- Kazanda daha çətin idi. Çünki həmin oyunda komandanız müdafiəyə daha çox diqqət yetirirdi. Bu gün isə “Neftçi” daha fəal təsir bağışladı, komandamızı təzyiq altında saxlamağa çalışırdı. Azərbaycanda futbol inkişaf edir. “Neftçi”nin bu oyunu da dediklərimə bir sübutdu.

- “Neftçi”də Rusiya Premyer Liqasında çıxış edə biləcək futbolçu var?
- Balanslaşdırılmış, texnikalı komandanız var. Müdafiədə yaxşı futbolçuları var. Orta sahə oyunçuları da həmçinin. 17 nömərli futbolçunu (Araz Abdullayevi nəzərdə tutur – azerisport.az) xüsusi qeyd edə bilərəm.

- “Rubin” üçün növbəti mərhələyə qrup mərhələsini birinci yerlə çıxmaq çox önəmlidi?
- Əlbəttə, çox istərdik ki, qrupu birinci yerdə başa vuraq. Amma buna ikinci yerlə də nail olsaq, pis olmaz.