8 noyabr 2012 00:08
“Çox istərdim ki, Azərbaycanla oyunda bu, təkrarlanmasın”
Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunda yetirmələrinin Lüksemburqla görüşdə olduğu kimi uğursuz çıxış edəcəyindən (1:1) ehtiyatlanır. Azerisport.az xəbər verir ki, o, bu məqama toxunarkən bunları dilə gətirib:
“Biz artıq qrupda üç oyun keçirmişik. Fikrimcə, müsbət nəticələr qazanmışıq. Amma Lüksemburqla görüşün nəticəsi bir qədər məyusluq yaratdı. Çox istərdim ki, Azərbaycanla oyunda bu, təkrarlanmasın”.
“Biz artıq qrupda üç oyun keçirmişik. Fikrimcə, müsbət nəticələr qazanmışıq. Amma Lüksemburqla görüşün nəticəsi bir qədər məyusluq yaratdı. Çox istərdim ki, Azərbaycanla oyunda bu, təkrarlanmasın”.
