8 noyabr 2012 11:33

İlham Əliyev: Azərbaycanda daha böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib. Azerisport.az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan 20 ildir ki, Olimpiya ailəsinin üzvüdü:
 
“Biz bunu bu gün qeyd edəcəyik, faktiki olaraq bir neçə gün əvvəldən qeyd olunmağa başlayıb. Sizin bu tədbirlərdə iştirakınız bizim üçün çox əhəmiyyətlidir. Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrimiz sürətlə inkişaf etməyə başlayıb. İndi, 20 ildən sonra bizim artıq federasiyalarla, Olimpiya komitələri, beynəlxalq və Avropa Olimpiya komitələri ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Azərbaycanda bir çox mühüm tədbirlər - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını, həmçinin müxtəlif seminarlar, konfranslar, dünya kubokları yarışlarını keçirmişik. Bu yaxınlarda biz 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatı keçirmişik. Bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.