8 noyabr 2012 11:45
Rizvan Umarov yığmamızın toplanışına qatıla bilmir
Xəbər verdiyimiz kimi, İspaniyanın “Elche” klubunda çıxış edən Rizvan Umarov Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət edilib. Lakin azerisport.az xəbər verir ki, futbolçu İspaniyada viza problemi ilə üzləşdiyindən, hazırlıq prosesinə qatıla bilməyib.
Qeyd edək ki, millinin baş məşqçisi Berti Foqts ona noyabrın 6-dan 9-dək Bakıda təşkil olunmuş təlim-məşq toplanışı üçün dəvət göndərmişdi.
