8 noyabr 2012 00:38
Neftçi Rubin üzərində minimal hesablı qələbəyə sevinəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə ev oyununda hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların tən yarısı – 50 faizi (387 səs) “Neftçi”nin minimal hesablı qələbə qazanacağını proqnozlaşdırır.
Respondentlərin 15 faizi isə (118 səs) “Neftçi”nin minimal hesabla uduzacağı qənaətindədi.
Digər variantlara isə daha az səs verilib.
