8 noyabr 2012 11:58

İnterlə keçmiş kapitanı arasında qalmaqal

Bakının “İnter” klubu ilə keçmiş futbolçusu, hazırda “Sumqayıt”da kapitan funksiyasını daşıyan Samir Abasov arasında qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 12-ci turunda iki komanda arasında keçirilmiş görüşdə paytaxt komandası azarkeşləri ilə təcrübəli müdafiəçi söz savaşına çıxıb.
 
Bununla bağlı “İnter”in yaydığı bəyanatda bildirilir ki, matçın ikinci hissəsində Abasov azarkeşlərini təhqir etməyə başlayıb: “Təəssüf ki, münaqişə matçdan sonra da davam edib. Ev sahiblərinin kapitanı müsahibələrinin birində 3 il müddətində çıxış etdiyi klubumuz haqqında mənfi fikirlərə yer verib və azarkeşlərimizi təhqir edib. Abasov həm sıralarında çox sayda uşaqların olduğu azarkeşlərimizə, həm də “İnter”ə qarşı hörmətsizlik edib. Halbuki o, məhz bizim komandamızın heyətində ölkə çempionu olub və bir neçə il ərzində “İnter”dən əmək haqqı alıb”.
 
Paytaxt klubu belə açıqlamaları peşəkar futbolçu üçün yolverilməz sayaraq bildirib ki, bu cür “küçə söyüşləri” ilə Abasov nəinki “İnter”ə, həm də Azərbaycanın bütün futbol ictimaiyyətinə qarşı hörmətsizliyini nümayiş etdirib. “İnter” rəhbərliyi “Sumqayıt”dakı həmkarlarından kapitan haqqında ölçü götürməsini xahiş, Abasovdan isə azarkeşlərdən üzr istəməsini tələb edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.