8 noyabr 2012 12:27
İnter başladı (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 12-ci turundan sonra yaranmış fasilə ilə əlaqədar "İnter"in oyunçularına 3 günlük istirahət verilmişdi. Azerisport.az xəbər verir ki, artıq “bankirlər” "Şəfa" stadionunda toplaşaraq məşqlərə başlayıb. Bərpa xarakteri daşıyan məşq prosesi əsasən uzun məsafəyə qaçışı və trenajorda məşğələləri əhatə edib. Axşam keçirilən məşqdə isə "İnter" topla hərəkətləri yerinə yetirəcək.
