9 noyabr 2012 13:02
İmamverdiyevlə Nasimov nə vaxt sıraya dönəcək?
Azərbaycan çempionu “Neftçi”nin zədəli futbolçularının nə vaxt sıraya dönəcəkləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bir müddət öncə əməliyyat olunan Cavid İmamverdiyev 10 gün sonra komanda ilə birgə məşqlərə başlayacaq.
Bahodir Nasimov isə təxminən 20 gündən sonra ümumi hazırlıqlarda iştirak edə bilər. Özbəkistanlı futbolçu hazırda fərdi qaydada məşq edir.
