9 noyabr 2012 01:33
Saşa Stamenkoviç: Flavinyo qol vursaydı, hər şey fərqli olacaqdı
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Çox təəssüf ki, belə alındı. Fikrimcə, komandamız daha artığına layiq idi. Əgər Flavinyo matçın əvvəlindəki gözəl fürsətdən yararlana bilsəydi, hər şey bizim üçün fərqli də nəticələnə bilərdi”.
