9 noyabr 2012 13:37
Şimali İrlandiya millimizlə oyun öncəsi hücumçusunu itirdi
Futbol üzrə Şimali İrlandiya yığmasının hücumçusu Ceymi Uord DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxacaq. Azerisport.az xəbər verir ki, buna sözügedən futbolçunun çıxış etdiyi “Derbi” klubunda ciddi zədə alması səbəb göstərilir.
Bu barədə məlumatı sözügedən komandanın baş məşqçisi Naycel Klaf da təsdiqləyib: “O, böyük ehtimalla bu həftə sıraya dönə bilməyəcək. Buna görə çətin ki, Azərbaycanla matçda iştirak edə bilsin”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək.
