9 noyabr 2012 02:20
Orxan Əliyev Portonun baş məşqçisi ilə görüşdü
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyevin Portuqaliyanın “Porto” klubunda baxışda olmasından artıq xəbərdarsınız. Azerisport.az xəbər verir ki, bir neçə gündü bu komandanın əvəzedici heyətində baxışda olan həmyerlimiz artıq əsas komandanın baş məşqçisi Vitor Pereyra ilə də görüşməyə imkan tapıb.
“Porto”nun çalışdırıcısı bildirib ki, Orxanın çıxışını xeyli müddətdi izləyirlər və bundan sonra hər şey futbolçunun özündən asılıdı. Pereyra məşqçilər korpusunun bundan sonra da Əliyevi diqqət mərkəzində saxlayacağına söz verib.
