9 noyabr 2012 02:25
Bruno Bertuççi: Yenidən öz meydanımızda məğlub olmaq çox üzücüdü
“Neftçi”nin müdafiəçisi Bruno Bertuççi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Öz meydanımızda yenidən uduzmağımız çox üzücüdü. Daha artığına nail ola bilərdik. Əgər Flavinyo ilk dəqiqələrdə rəqib qapısına yol tapsaydı... Hər halda biz məğlubiyyətə oynamırdıq”.
