9 noyabr 2012 02:16
Pablo Orbais: Biz Bakıda asan gəzinti gözləmirdik
Rusiyanın “Rubin” klubunun futbolçusu Pablo Orbais UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bakıda bizə bir qədər çətin oldu. Çünki rəqib topa nəzarət edirdi və bizi təzyiqdə saxlamağa çalışırdı. Birinci hissədə bizim daha təhlükəli qol vəziyyətlərimiz oldu. Lakin ardından rəqib oyunda təşəbbüsü ələ aldı. Onlar texniki cəhətdən yaxşı hazırlıqlıdılar, topla oynamağı bacarırlar. “Neftçi”nin güclü komanda olduğunu bilirdik. Bu üzdən bizi asan gəzinti gözləmədiyini öncədən də təxmin etmişdik”.
