9 noyabr 2012 13:53
Simurq hazırlıqlara start verdi
Azərbaycan Premyer Liqanın 12-ci turundan sonra çempionatda yaranmış fasilə ilə əlaqədar “Simurq”un baş məşqçisu Georgi Çixradze futbolçulara 3 günlük istirahət vermişdi. Azerisport.az xəbər verir ki, bu gündən məşqləri bərpa edən komanda Zaqatala şəhər stadionunda hazırlıqlara start verib.
Bir saatdan artıq davam edən məşq prosesində uzun məsafəyə qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Daha sonra qruplara bölünən futbolçular topla müxtəlif taktiki hərəkətlər üzərində çalışıb.
Qeyd edək ki, komandanın heyətində zədəli futbolçu yoxdur. Yığmanın deşərgəsində olan Rasim Ramaldanovdan başqa bütün fütbolçular bügünki hazırlıqda iştirak edib. Xatırladaq ki, "Simurq" növbəti turda noyabrın 18-i "Qarabağ"ın qonağı olacaq.
