9 noyabr 2012 14:12
“Mən Neftçidən çox şey gözləmirdim”
Ağasəlim Mircavadov “Neftçi”nin Rusiya “Rubin”i ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komanda bu oyunda bütün gücünü qoydu. Komandaların səviyyəsi göz önündə idi. Amma onu da qeyd etmək lazımdı ki, “Rubin” 2-3 il əvvəllə müqayisədə zəifləyib. Hiss olunur ki, Kurban Berdıyev yeni komanda qurur. Mən “Neftçi”dən çox şey gözləmirdim. Baxmayaraq ki, Flavinyo ilk dəqiqələrdə hesabı aça bilsəydi, sürpriz etmək olardı. Belə oyunların taleyini adətən elə bir qol həll edir. Rəqibin səhvlərindən istifadə etmək lazımdı. Rəşad Sadiqovun zəif oyununu da qeyd etmək lazımdı. O, hələ də “Neftçi”yə uyğunlaşa bilməyib. Amma Emin Mehdiyev, Araz Abdullayev, Mirhüseyn Seyidov kimi futbolçuların belə oyunda forma geyməsi xoş məqamlardandı. Qoy belə atmosferə alışsınlar. Bu, gələcəkdə onlara faydalı olacaq”.