9 noyabr 2012 16:09
Dimitris Sialmas XL-la yeni müqavilə bağlayıb, 250 avro qazanacaq
“Xəzər Lənkəran” yunanıstanlı hücumçusu Dimitris Sialmasla yeni müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda maraqlı faktlar açıqlanıb: “Sialmas son üç oyunda dörd qol vurub. O, “Xəzər Lənkəran”dakı ilk dörd oyununda fərqlənə bilməmişdi. Buna baxmayaraq, Sialmasla yeni müqavilə bağlanması real görünür. Onunla yeni bir illik müqavilə imzalanacaq. Sialmas bu müqaviləyə əsasən 250 min avro alacaq”. (Sentragoal)
