9 noyabr 2012 17:39
Roman Yeryomenko: Neftçi öz şansından yararlana bilmədi
Rusiyanın “Rubin” klubunun futbolçusu Roman Yeryomenko UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, Bakıda 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Biz pis oynamadıq, qol vəziyyətləri yaratdıq. Fikrimcə, daha çox qol vura bilərdik. Amma əsas odu ki, qələbə qazandıq. Bu qələbə sayəsində qrupdakı vəziyyətimiz də yaxşılaşdı. “Neftçi” də pis oynamadı. Mənim xoşuma gəldi. Onlar çalışırdılar, hücumlar qururdular. Düzdü, biz onlara təhlükəli vəziyyətlər yaratmağa imkan vermirdik. Amma bir-iki qol vəziyyətləri olsu. “Neftçi” evdə oynayırdı. Həm də rəqibimizin itiriləsi heç nəyi yox idi. Oyunun başlanğıcında “Neftçi”nin hesabı açmaq üçün yaxşı imkanı oldu. Amma onların oyunçusu qapıçımızla üz-üzə qalsa da, yüz faizli qol epizodundan yararlana bilmədi. Belə oyunlarda hər belə şansdan maksimum yararlanmaq lazımdı. Komandanız isə bu şansdan istifadə edə bilmədi”.
