9 noyabr 2012 11:28
Kamran Quliyev: Bu gün Samir Abasovla görüşəcəm
“Sumqayıt”ın prezidenti Kamran Quliyev komandanın kapitanı Samir Abasovla onun keçmiş klubu “İnter” arasında yaranan qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu gün Samirlə görüşüm olacaq. Bu məsələni orda müzakirə edəcəyik. O, bizim kapitandı. Hər bir futbolçumuz kimi, onu da dəstəkləyirik. Amma digər tərəfdən biz bütün Azərbaycan klubları ilə dost münasibətdəyik. Onun mənə deyəcəklərinə əsasən bir qərar qəbul edəcəyik”.